“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasında növbəti görüş keçirilib

Əlavə edilib:

“Nağdsız cəmiyyət günləri” çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq maliyyə sektorunda çalışan mütəxəssislərin rəqəmsal transformasiya və tətbiq edilən həll yolları üzrə bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi məqsədilə “BPC Banking Technologies” şirkətinin ekspertinin iştirakı ilə “Rəqəmsal bankçılıq: bankların rəqəmsallaşmaya yanaşması üzrə beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib.

Tədbirdə rəqəmsal bankçılıq və bu sahədə qabaqcıl təcrübələr, rəqəmsal mühitdə bankların uğur qazanmalarının və rəqabətə davamlı olmalarının yolları, banklarla fintexlər arasında qarşılıqlı əlaqələr, habelə rəqəmsal bankçılıq sahəsində tətbiq edilən son texnologiyalar və təşkilat tərəfindən bu sahədə təqdim edilən məhsul və xidmətlər haqqında müzakirələr aparılaraq iştirakçıların sualları cavablandırılıb.

“Nağdsız cəmiyyət günləri” çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir.

MÜDDƏT