Prezident İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Fonda ilkin olaraq Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılmışdır.
ABA-nın üzv bankları da aktiv şəkildə Koronavirusla Mübarizə Dəstək Fonduna öz dəstəklərini göstərmişlər.
AccessBank QSC | 250,000 AZN |
AGBank | 100,000 AZN |
Amrahbank ASC | 200,000 AZN |
AtaBank ASC | 100,000 AZN |
Azər Türk Bank ASC | 100,000 AZN |
Azərbaycan Beynəlxalq Bankı ASC | 2,000,000 AZN |
Azərbaycan Sənaye Bankı | 250,000 AZN |
Bank BTB ASC | 150,000 AZN |
Bank of Baku ASC | 150,000 AZN |
Bank Respublika ASC | 200,000 AZN |
Expressbank ASC | 150,000 AZN |
GünayBank | 100,000 AZN |
Xalq Bank ASC | 500,000 AZN |
Kapital Bank ASC | 500,000 AZN |
Muğanbank | 200,000 AZN |
NBCBank ASC | 100,000 AZN |
PAŞA Bank ASC | 500,000 AZN |
Rabitəbank ASC | 150,000 AZN |
Premium Bank | 500,000 AZN |
TuranBank ASC | 100,000 AZN |
Unibank KB ASC | 220,000 AZN |
Yelo Bank ASC | 150,000 AZN |