“Komplayns” Ekspert Qrupunun ilk onlayn iclası keçirilib

Əlavə edilib:

14 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib.

Görüş zamanı konvertasiya əməliyyatlarından irəli gələn məsələlər və vəsaitlərin mənbəyini təsdiq edən sənədlər müzakirə edilmişdir. Əlavə olaraq, görüşdə müvafiq məsələlər üzrə atılacaq addımlara dair fikirlər səslənmişdir. Fikirlər dəyərləndirildikdən sonra müvafiq qurumlara müraciətlərin edilməsi qərarına gəlinmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT