“Komplayns Ekspert Qrupu”nun onlayn iclası keçirilib

Əlavə edilib:

25 iyun 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun Mərkəzi Bankın PY/TMM üzrə səalhiyyəti şəxsilə kiçik tərkibdə online iclası keçirilib.

Görüşdə Mərkəzi Bank tərəfindən sorğu edilən və Banklar tərəfindən doldurulacaq iri miqyaslı özünü qiymətləndirmə anketləriin müzakirəsi aparılıb. Fikirlər və təkliflər dəyərləndirilirək həmin iş üzrə müvafiq addımların atılmasına qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT