Azərbaycan Banklar Assosiasiyasının ekspertlər qrupunun növbəti birgə görüşü keçirilmişdir

Əlavə edilib:

06 avqust 2020-ci il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” və “Komplayns” ekspert qruplarının nümayəndələrinin birgə onlayn görüşü keçirilmişdir.

Görüş zamanı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən aparılan rəqəmsal ödənişlər, korporativ kartların tətbiqi ilə həyata keçirilən əməliyyatlar, “Azərbaycan Respublikasının “Nağdsız hesbalaşmalar haqqında Qanun”un tətbiqi və bununla bağlı yaranan problemlər müzakirə edilmişdir.

Hər iki ekspert qrupu tərəfindən əsaslandırılmış fikirlərin irəli sürüldüyü görüşdə hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən aparılan rəqəmsal ödənişlərdə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edilməsi və bu istiqamətdə fəaliyyətin birgə koordinasiyası razılaşdırılmışdır.

MÜDDƏT