Visa şirkəti “Visa Everywhere Initiative 2021” müsabiqəsini açıq elan edir

Əlavə edilib:

Visa şirkəti qlobal innovasiya proqramı və fintech şirkətləri üçün fikir müsabiqəsi olan Visa Everywhere Initiative 2021-in başlandığını elan edib. Bu il proqram maliyyə daxilolma və ödəmə qəbulunun genişləndirilməsinə yönəlib. Visa qlobal saytda qeydiyyatdan keçmək, gələcək fürstələr və yarışmalar barədə birbaşa məlumat əldə etmək imkanı verir.

Məlumata əsasən, dünyanın Fintech şirkətləri fikirlərini ödəmə sənayesinin aparıcı mütəxəssislərindən ibarət münsiflər heyətinə təqdim edə biləcəklər. Birinci mərhələdə Azərbaycandan olan bütün namizədlər 25000 ABŞ dolları məbləğində mükafat uğrunda mübarizə aparmaq üçün Mərkəzi Avropa, Orta Şərq və Afrika (CEMEA) yarışmasına dəvət olunur. Regional qaliblər dünya miqyasında 100.000 dollar dəyərində bir müsabiqədə iştirak etmək və öz işlərinin hekayələrini izah etmək fürsəti qazanacaqlar.

İştirakçılar linkə daxil olaraq ingilis dilində müraciət edə bilərlər: https://visaeverywhere.typeform.com/to/VxWIYB

MÜDDƏT