“Bank sferasında dijitallaşma” mövzusunda vebinar keçirilmişdir

4 noyabr  2020-cil il tarixində Zoom platforması vasitəsilə Azərbaycan Banklar Assosiasiyası, “YPC” MMC və “ASK Biznes Konsaltinq” MMC tərəfindən bank sektorunda rəqəmsal transformasiya proseslərinə töhvə vermək məqsədilə “Architect” şirkətilə birgə vebinar keçirilmişdir.

Vebinarın əsas məqsədi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası çərçivəsində rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olmuşdur.

Vebinara ABA-ya üzv bankların nümayəndələri də qoşulmuşdur.

MÜDDƏT