“Elektron ticarətdə fırıldaqçılıq halları” mövzusunda vebinar keçirilmişdir

Azərbaycan Respublikası Mərkəzi Bakı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən rəqəmsal ödəniş ekosistemində maliyyə maarifləndirilməsinin gücləndirilməsi məqsədilə növbəti tədbir keçirilmişdir.

“MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən “Elektron ticarətdə fırıldaqçılıq halları” adlı vebinarda banklarla yanaşı, bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri iştirak edirdi. Vebinarda “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroğlu tərəfindən fırıldaqçılıq halları üzrə son statistik məlumatlar, müşahidə edilən fırıldaqçılıq halları və onlara qarşı mübarizə tədbirləri ətrafında geniş məlumat verilmişdir.

Qarşılıqlı müzakirələr əsasında keçirilən görüşdə iştirakçıların ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınmasına dair sualları cavablandırılaraq, beynəlxalq kart təşkilatının bu sahədə təqdim etdiyi məhsul və xidmətlər haqqında məlumat verilmişdir.

Həmçinin, fırıldaqçılıq hallarına mübarizə tədbirləri çərçivəsində geniş tərkibli maliyyə maarifləndirilməsi tədbirlərinin təşkili, infrastruktur imkanlarının təkmilləşdirilməsi ilə innovativ ödəniş texnologiyalarının tətbiqi zərurəti qeyd edilmişdir.

MÜDDƏT