Paratrap Atıcılıq İdman növü üzrə klubun açılışı olmuşdur

Əlavə edilib:

16 may 2021-ci ildə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) nəzdində fəaliyyət göstərən Paratrap Atıcılıq İdman növü üzrə klubun açılışı olmuşdur. Klub 2016-cı ildən fəaliyyət göstərir. 2021-ci ildə klubun daha da inkişaf etməsi üçün müvafiq işlər görülmüş və klub yenidən təşkil edilmişdir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ƏSTİB arasındakı uzunmüddətli əməkdaşlıq çərçivəsində açılış mərasimində ƏSTİB sədri Mirzə Məmməd Vəliyev və ABA-nın Layihələr üzrə meneceri Elçin Həsənov iştirak etmişdir. ABA nümayəndəsi klubun fəaliyyətinə və iştirakçılara uğurlar arzulamışdır. Həmçinin tədbir zamanı gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, klubda Vətən Müharibəsi qazilərinin bu idman növü ilə məşğul olması üçün şərait yaradılmışdır. Belə ki, klubun beynəlxalq dərəcəli məşqçiləri Əfqan Əhmədov, Elçin Babayev və Cəlal Axundov bu idman növü ilə məşğul olmaq istəyən şəxslərə öncədən təlim keçir və onların yerli və beynəlxalq səviyyəli yarışlarda iştirakı üçün öz dəstəklərini göstərirlər.

MÜDDƏT