“Komplayns Ekspert Qrupu”nun Dövlət Vergi Xidməti ilə onlayn görüşü keçirilib

Əlavə edilib:

22 iyun 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun Dövlət Vergi Xidməti ilə onlayn görüşü keçirilib.

Görüş zamanı tərəflər arasında aparılan fəaliyyətə dair danışıqlar aparılıb. Əlavə olaraq digər tələblərdən irəli gələn məsələlərin geniş müzakirəsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT