AMB və ABA-nın “Kredit işi” və “Risklərin İdarə Edilməsi” Ekspert Qruplarının iştirakı ilə görüş keçirilib

Əlavə edilib:

29 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq səlahiyyətli nümayəndələri və ABA-nın “Kredit işi” və “Risklərin İdarə Edilməsi” Ekspert Qruplarının nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilmişdir.

Görüşdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 23 iyun 2021-ci il tarixində keçirilən iclasında qərar verildiyi kimi, bankların real sektoru kreditləşdirilməsinin artırılması məqsədi ilə tənzimləyici bazanın təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər müzakirə edilmişdir.

Görüş zamanı həmçinin görüş iştirakçıları arasında cari məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılmış, əlavə olaraq yeni rəy və təkliflər dinlənilmiş, suallar cavablandırılmışdır.

MÜDDƏT