“Bankçılıqda süni intellekt transformasiyası” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Bu cür tədbirlərin davamı olaraq, 14 iyul 2021-ci il tarixində “BeyondMinds’ technology” şirkəti tərəfindən “Bankçılıqda süni intellekt transformasiyası” (AI transformation for Banking) adlı vebinar keçirilmişdir.

Vebinarda “BeyondMinds” şirkətinin əməkdaşları – Raj Chawla, Nurit Cohen Inger, Sivan Golov və Ted Ranft təqdimatla çıxış ediblər.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT