ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

10 avqust 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu”nunnövbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktoru Aynur Süleymanlı və üzv bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib.

İclasda bank əməkdaşlarının vaksinasiyaya səlb edilməsi vəziyyəti və digər zəruri cari məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT