“Komplayns Ekspert Qrupu”nun tərkibində yaradılan kiçik işçi qrupunun ilk iclası keçirildi

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun 29 iyul 2021-ci il tarixində baş tutan onlayn görüşü zamanı  ÇPY/TMM üzrə son dövrlərdə aktual olan xüsusi indikatorların müzakirəsinin geniş miqyasda dəyərləndirilməsi ilə bağlı kiçik işçi qrupunun yaradılmasına qərar verilmişdir.

11 avqust 2021-ci il tarixində yaradılan kiçik işçi qrupunun ilk iclası keçirildi. İclas zamanı qadağan edilən maddələrin və xidmətlərin bank yolu ilə satışına qarşı tədbirlərin görülməsi ilə bağlı geniş fikirlər müzakirə edildi. Bankların bu sahədə təcrübələri dəyərləndirildi. Əlavə olaraq bu sahədə mübarizə aparan xarici dövlətlərin təcrübəsinin öyrənilməsi ilə bağlı qərarlar qəbul edildi.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT