“Visa Developer Platformu – Bank məhsullarının rəqəmsallaşdırılması üçün həllər” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərin həyata keçrilməsini davam etdirir.

Beynəlxalq maliyyə institutları ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərin davamı olaraq, Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən 26 avqust 2021-ci il tarixində “Visa Developer Platformu – Bank məhsullarının rəqəmsallaşdırılması üçün həllər” mövzusunda vebinar keçirilmişdir.

Vebinarda  “Visa Inc.” beynəlxalq kart təşkilatının rəqəmsal həllər üzrə baş menecer Yevgeniy Bilodid məruzəçi qismində çıxış etmişdir. 

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT