“Information Security & GDPR: a practical and cost-efficient roadmap to secure your business data in your data center” adlı vebinar keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq
səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün həyata keçirilən layihələr davam edir.

Bu cür layihələrin davamı olaraq, “Nuru-Tech” şirkətinin İcraçı direktoru Emmanuel Steins tərəfindən “İnformasiya təhlükəsizliyi və GDPR: Data mərkəzdə biznes datalarının qorunması üçün praktik və qənaətli yol xəritəsi” (Information Security & GDPR: a practical and cost-efficient roadmap to secure your business data in your data center) adlı vebinar keçirilmişdir.

Qeyd edək ki, E.Steins İT idarəçiliyi, sistem inteqrasiyası sahəsində 20 ildən çox təcrübəyə malikdir.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT