27 sentyabr – Anım Günüdür

Əlavə edilib:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə imza atmışdır!

44 günlük Vətən Müharibəsi bizlərə həm zəfər sevinci yaşatmış, həm də Vətənin qəhrəman oğullarını bizə tanıtdırmışdır.

Prezident İlham Əliyev Şəhidlərimizə ehtiram əlaməti olaraq müvafiq Sərəncam imzalamışdır. Belə ki hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir.

Bu gün bank sektoru üçün də ən həssas günlərdəndir. Belə ki, Vətən Müharibəsində Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların da əməkdaşları qəhrəmancasına vuruşmuşdur.

Ölkədə fəaliyyət göstərən bankların 300-ə yaxın əməkdaşı Vətən Müharibəsinin iştirakçısı olmuş, onlardan 6 əməkdaş Şəhidlik zirvəsinə ucalmışdır.

Vətən Müharibəsi iştirakçıları ilə buradan tanış ola bilərsiniz : https://www.facebook.com/media/set/vanity=AzerbaijanBanksAssociation&set=a.3988228017959058

MÜDDƏT