“Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

15 oktyabr 2021-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir.

İclas “Daxili audit üzrə Ekspert Qrupu”nun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlamış daha sonra Fərid Orucovun təqdimatı ilə davam etmişdir.

İclasın gündəliyində duran əsas məsələlər yeni requlyativ qaydalar, daxili audit strategiyası və  fəaliyyətinin inkişaf tempinin ölçülmə metrikləri, daxili audit fəaliyyətinin illik planlanması olmuşdur.

İclas zamanı sözügedən məsələlər barədə görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT