DVX nümayəndələri və ABA-nın İşçi Qrupu arasında görüş keçirilmişdir

Əlavə edilib:

Elektron ticarətdə aparılan rəqəmsal ödənişlər üzrə tətbiq edilən vergilər yenidən baxılması və bu istiqamətdə bank müştəriləri tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında optimallaşdırmanın aparılması məqsədilə Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri və Azərbaycan Banklar Assosiasiyası (ABA) daxilində yaradılmış İşçi Qrupu arasında 21 oktyabr 2021-ci iI tarixində növbəti görüş keçirilmişdir.

Görüş zamanı hazırda elektron ticarətdə aparılan ödəniş əməliyyatları üzrə vergi dərəcələrinin tətbiq edilməsi üçün əsas indikator oalraq istifadə olunan təsərrüfat subyektlərinin kateqoriya kodlarının hazırki siyahısı (MCC kodlar) və bu siyahının optimallaşdırılması imkanları müzakirə olunmuşdur. 

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri tərəfindən ölkə başçısının rəhbərliyi altında rəqəmsal ödənişlərin inkişafı istiqamətində həyata keçirilən əsaslı islahatlar və bank müştərilərinin çoxsaylı əsaslı müraciətləri nəzərə alınaraq elektron ticarətdə vergiqoyma yanaşmasına yenidən baxılması və tətbiq edilən MCC kodların siyahısı üzrə müvafiq ixtisarların aparılması təklifi irəli sürülmüşdür.

Sonda, məsələ ilə əlaqədar müzakirələrin davam etdirilməsinə qərar verilmişdir.

MÜDDƏT