ABA-nın “Ən fəal ekspert qrupu” seçilib

Əlavə edilib:

23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Onlayn formatda baş tutan yığıncaqda həmçinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2021” adlı tədbiri də baş tutmuşdur.

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.

2021-cu il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:

  • “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu-I yer
  • “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu-II yer
  • “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupu-III yer

Həmçinin “Fəal ekspert qrupu” nominasiyası üzrə “Kredit işi üzrə” və “İnsan resurslarının idarə edilməsi üzrə” Ekspert Qrupları mükafatlandırılıb.

MÜDDƏT