ABA və SİF arasında görüş keçirilmişdir

Əlavə edilib:

31 mart 2022-ci il tarixində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Banklar Asssiasiyası (ABA) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu arasında görüş keçirilmişdir.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və Fondun İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xalıyev ilə yanaşı Fondun və bankların rəhbər şəxsləri iştirak etmişdir.

Görüş zamanı banklar tərəfindən verilən və ABA tərəfindən Fonda təqdim edilmiş rəy və təkliflərə münasibət bildirilmiş, sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində görülməsi vacib hesab edilən məsələlər müzakirə edilmişdir.

MÜDDƏT