Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.
Bu tədbirlərin davamı olaraq ABA-nın dəstəyi ilə “SimonKucher & Partners” şirkəti tərəfindən 26 aprel 2022-ci il tarixində “Ödəniş sistemləri” mövzusunda vebinar keçirilmişdir.
Vebinarda açıq bankçılıq və API-lər, monetizasiya strategiyaları və imkanları, Türkiyədə ödəniş sahəsində Fintexlərin inkişafı mövzuları müzakirə edilmişdir.
Qeyd edilən mövzuda şirkətin tərəfdaşı, qlobal kreditləşmənin rəhbəri Benjamin Velstin təqdimatla çıxış etmişdir.