“Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

14 iyun 2022-ci il tarixində “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

İclasda gündəlikdə duran və cari məsələlər müzakirə olunmuş, görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT