“Bankalararası Kart Merkezi” nümayəndələri ilə “Ödəniş sistemləri və rəqamsal bankçılıq Ekspert Qrupu”nun üzvləri arasında görüş keçirilmişdir

Əlavə edilib:

16-17 iyun 2022-ci il tarixlərində, baş tutacaq FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” çərçivəsində həyata keçirilən yan tədbirlərdən növbətisi baş tutub.

14 iyun 2022-ci il tarixində “Yapı Kredi Bank (Azərbaycan)QSC-nin baş ofisində “Ödəniş sistemləri və rəqamsal bankçılıq Ekspert Qrupu”nun üzvləri və bankların ödəniş kartları sahəsində fırıldaqçılıq əməliyyatlarının idarəedilməsi üzrə səlahiyyətli nümayəndələri üçün təcrübə mübadiləsi məqsədilə görüş keçirilmişdir. Görüşdə Sammit çərçivəsində ölkəyə səfər etmiş Türkiyə Respublikasının “Bankalararası Kart Merkezi”nin Təhlükəsizlik həlləri üzrə departamentinin direktoru Umut Önceler və “Yapı Kredi Bank A.Ş.”nin Fırıldaqçılıq hallarının qarşısının alınması departamentinin direktoru Halis Köseoğlu təqdimatla çıxış etmiş, öz təcrübələrini bölüşmüşdür.

MÜDDƏT