“Google Pay” tətbiqi nədir və “ağıllı” şəkildə necə istifadə etmək olar?

Əlavə edilib:

“Google Pay”i işə salmaq və istifadə etmək

Bu yaxınlarda təmassız ödəniş sistemi “Google Pay” azərbaycanlı Android istifadəçilər üçün də əlçatan olub. Bir çoxları isə artıq ənənəvi olan kart ilə ödənişlərindən fərqləri ilə bağlı müzakirələr aparırlar və yeniliyin üstünlükləri haqqında öyrənmək istəyirlər. “Google Pay” ödəniş etmək və pulun idarəedilməsinin təhlükəsiz, sadə və faydalı yolunu təklif edir. “Google Pay”i Android və iOS əməliyyat sistemlərini dəstəkləyən qurğuların üzərindən yükləmək imkanı mövcuddur. “Google Pay” tətbiqi vasitəsilə pulu göndərmək, ailə və dostlarınızdan qəbul etmək, bank hesabı üzərindən xərclərinizə nəzarət etmək mümkündür və sevimli riteylerlərinizdən “cash-back” üstünlüklərindən faydalanmağa kömək olur. Birinci etməli olduğunuz “Google Pay”i “Google Play Store” üzərindən yükləməkdir. Əgər “Google Pixel Phone”a sahibsəniz artıq smartfonunuzda 2 tətbiq görə bilərsiniz. “Google Pay” və “GPay”, demək olar ki, hər ikisi eynidir, amma ikincidə daha çox funksiyalar var və təmassız ödəniş tətbiqinin yeni versiyasıdır. Android əməliyyat sistemi (ƏS) üzərindən işləkliyi iOS ilə eynidir. “Google Pay”i yüklədikdən sonra ölkənizi və telefon nömrənizi təsdiq etməlisiniz ki, hazırda bir çox yerli banklar bu imkanı istifadəçilər üçün əlçatan edib. Nömrənizə gələn kodu “Google Pay” üzərində əlavə edin və təsdiq edin. Təhlükəsizliyinizi tənzimləmələr bölməsi ilə düzəldin. Daha sonra əgər ailə və dostlarınızdan ödəniş almağı planlaşdırırsınızsa, bu funksiyanı aktiv saxlaya bilərsiniz. Təhlükəsizliyiniz üçün smartfonunuzu açarda saxlamaqda (bir başqası Google Pay üzərində olan pulunuzdan istifadə edə bilər) fayda var və artıq “ağıllı telefonlar” bunun üçün yeni həllər təklif edir, istifadə edin. Təbriklər, artıq “Google Pay” istifadə üçün əlçatandır. Tətbiq üzərindən keçmişdə əlavə etdiyiniz kartların siyahısını görə, sonuncu fəaliyyətə nəzarət edə və bir çox ödəniş metodlarını hazırlamaq olar.

Debet və kredit kartı “Google Pay”ə əlavə etmək

Tətbiqi yüklədikdən sonra boş bir ekranı görsəniz, təəccüblənməyin, bura sahib olduğunuz debet və kredit kartlarını əlavə etməlisiniz. Daha sonra isə “Google Pay” ilə ödənişlərinizi həyata keçirə bilərsiniz. Ekranda açılan xanaya “ödəniş metodunu” əlavə edin. Smartfonunuzun kamerasından istifadə etməklə, debet və kredit kart məlumatlarını, təhlükəsizlik kodunu sistemə əlavə edin. Daha sonra “Google Pay” müştərisi olduğunuz bank ilə əlaqəyə keçir. Artıq Azərbaycanda bir sıra bank müştəriləri üçün bunu əlçatan etdiyi üçün istifadə etmək asandır. Bank məlumatlarınızı “Google Pay” üzərində təsdiqləyir və budur artıq ödənişlərinizi bu yeni yolla edə bilərsiniz. Əgər getdiyiniz yerlərdə “Google Pay” ilə ödənişlər aktivdirsə, etməli olduğunuz smartfonunuzu terminala yaxınlaşdırmaqdır. Ancaq “Google Pay”in faydaları burada bitmir.

“Google Pay” ilə vəsait göndərmək və qəbul etmək

Tətbiq vasitəsilə kontakt siyahınızda olan şəxslərdən pul qəbul edə və göndərə bilərsiniz. Həmin şəxsi kontakt siyahınızda tapırsınız, göndərmək istədiyiniz məbləği seçirsiniz və göndərirsiniz. Və nə üçün pul göndərdiyinizi də qeyd edirsiniz. Növbəti mərhələdə isə pul köçürməsi üçün hansı funksiyadan istifadə etdiyinizi seçirsiniz. Hətta fərqli animasiyalar ilə bunu əyləncəli hala gətirə bilərsiniz. Əgər dostunuz “Google Pay”dən istifadə edirsə, o bu pul köçürməsini qəbul edəcək. Hətta dostunuzdan borc pul da ala bilərsiniz, bunun üçün sadəcə ona təklif göndərmək lazımdır və ödənişi nə üçün istədiyinizi də qeyd edirsiniz. 

Bank hesabları üzərindən xərclədiyiniz pullara nəzarət

Əgər telefonunuz üzərindən bir çox bank tətbiqlərindən istifadə edirsinizsə, bu sizə xərclədiyiniz pullara nəzarət etməyə çətinlik yarada bilər. Əgər hesablarınız “Google Pay”ə bağlıdırsa, müxtəlif kartlar üzərindən xərclədiyiniz maliyyəni asanlıqla izləyə bilər, həmçinin tətbiq üzərində cari balansınızı, saxladığınız pulları, ayda pulunuzun hara getdiyini görə bilərsiniz. 

Qeyd edək ki, Azərbaycanda bu xidməti yerli müştərilər üçün aktivləşdirən banklar haqqında BBN.az da oxuya bilərsiniz. 

MÜDDƏT