“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

30 avqust 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Banklararası Kart Mərkəzinin və bu ödəniş sistemində iştirakçıların fəaliyyətini tənzimləyən Kollektiv Sazişə ediləcək yeni əlavə və dəyişikliklər müzakirə edilmişdir.

Müzakirələr zamanı ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlarda interçeync xidmət haqlarının müəyyən edilməsi üzrə yeni yanaşmanın tətbiqi perspektivləri, fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizə çərçivəsində BKM-də məlumatlandırmanın tətbiqi üzrə yeni mexanizmin tətbiqi imkanları və digər məsələlər diqqət mərkəzində saxlanılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindəntəsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzarxidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdənibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT