ABA-nın Ekspert Qrupları Şuşaya səfər edib

Əlavə edilib:

14-15 oktyabr 2022-ci il tarixlərində, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ABA nəzdində fəaliyyət göstərən Ekspert Qrupu üzvlərinin mədəniyyət paytaxtımız olan Şuşaya səfəri baş tutub.

Səfər proqramı çərçivəsində keçirilən işgüzar görüşdə “İşğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin qurulması” istiqamətində  müzakirələr aparılıb.

Eyni zamanda qrup üzvləri ilə birlikdə Şuşa şəhərinin  tarixi memarlıq abidələri ziyarət edilib, səfər iştirakçılarına şəhərin tarixi-mədəni irsi ilə bağlı məlumat verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT