ABA ilə AİB nümayəndələri arasında görüş keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası ilə Asiya İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilmişdir.

24 oktyabr 2022-ci il tarixində baş tutmuş görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov və Asiya İnkişaf Bankının (AİB) Bakıda səfərdə olan eksperti Massimiliano Gangini iştirak etmişlər.

Görüş zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Asiya İnkişaf Bankının da dəstəyi ilə icra olunan “İqtisadi diversifikasiya üçün qeyri-bank maliyyəsi və alternativ maliyyə alətlərinin inkişafı” layihəsi çərçivəsində istehlakçı hüquqlarının müdafiəsi, maliyyə savadlılığı sahəsində görülən işlər, istehlakçılara təqdim olunan maliyyə məhsulları və xidmətlər eləcə də, mövcud tənzimləyici baza ətrafında müzakirələr aparılmışdır.

MÜDDƏT