“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

17 noyabr 2022-ci il tarixində, Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun onlayn iclası baş tutmuşdur.

İclas çərçivəsində akkreditiv və qarantiyalarla əlaqədar hüquqi çərçivəyə müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün bankların rəy və təklifləri ətrafında fikir mübadiləsi aparılmış və digər cari məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidirlər.

MÜDDƏT