Azərbaycan banklarının kreditləşmə üzrə rəhbərlərinin Türkiyədə səfəri başa çatıb

Əlavə edilib:

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın “Kredit işi Ekspert Qrupu” üzvlərinin həm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi görüşlərinin təşkili məqsədi ilə İstanbula səfəri başa çatmışdır.

Səfər çərçivəsində iştirakçılaraTürkiyə bank sektorundakı korporativ və pərakəndə bankçılıqda yeniliklər, rəqəmsal kreditləşmə və satış üzrə yeni trendlər, kreditlərin sənədləşdirilməsi prosesi və effektivliyin artırılması yolları, burada elektron imzanın tətbiqi və rəqəmsallaşmanın təsirləri, “Agile” idarəetmədə kreditləşmə prosesi, Türkiyədə kənd təsərrüfatı krediti mexanizmi, banklarının kredit portfelinə nəzarət, kreditin analizi (həmçinin islam bankçılığında kredit analizi üsulları), anderrayting və digər mövzularda təlim və görüşlər keçirilmişdir.

44 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. Bankaları Denetleme ve Düzenleme Kurumu
  2. Türkiyə Bankalar Birliyi
  3. Türkiyə Katılım Bankaları Birliyi
  4. Ziraat Bankası
  5. İş Bankası
  6. Denizbank
  7. Yapı Kredi Bankası
  8. AkBank
  9. ING Bank
  10. QNB Finansbank
  11. Halk Bankası
  12. Türk Eximbank
  13. HSBC
  14. AGRA Fintech (Biznes kreditləri analizi üzrə ixtisaslaşan qurum)

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

MÜDDƏT