ABA-nın Ekspert Qrupunun üzvü “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı seminarda iştirak etmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvü İlqar Əliyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə 13 – 14 dekabr 2022-ci il tarixlərində “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı 2 günlük seminarda iştirak etmişdir.

Avropa Komissiyasının TAIEX alətinin dəstəyilə həyata keçirilən bu tədbirin əsas məqsədi təcrübə mübadiləsi yolu ilə Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, o cümlədən İKT sahəsində ekosistemin, eləcə də qanunvericilik bazasının gücləndirilməsinə töhfənin verilməsidir.

Seminar çərçivəsində Avropa Komissiyasının müvafiq ekspertləri tərəfindən “Kibertəhlükəsizlik və dayanıqlıq: kritik infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi”, “Kibertəhlükəsizlik sahəsində idarəetmə”, “Kibertəhlükəsizlik sahəsində qanunvericiliyinə dair təcrübə mübadiləsi”, “Kiber potensialın gücləndirilməsi” və sair mövzular üzrə məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

MÜDDƏT