“Mərkəzləşdirilmiş Fraud və AML xidmətləri” mövzusunda seminar keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə 15 dekabr 2022-ci il tarixində bank nümayəndələri üçün “Mərkəzləşdirilmiş Fraud və AML xidmətləri” mövzusunda seminar keçirilib.

Qeyd edilən mövzuda SAS şirkətinin nümayəndələri təqdimatla çıxış etmişdir. Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT