ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

20 dekabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun bankların rəhbər şəxslərindən ibarət olan üzvləri iştirak edib.

İclasda son zamanlar qanunvericiliyə edilmiş dəyişiklərin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib, bu sahədə müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT