“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun görüşü keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun 2022-ci ildə keçirilən son onlayn iclasında rəqəmsal ödəniş ekosistemində tətbiq edilən xidmət haqqı tarifləri müzakirə edilmişdir.

Əsas müzakirə mövzusu GooglePay və ApplePay ilə aparılan rəqəmsal ödənişlərin klirinqi ilə bağlı beynəlxalq ödəniş sistemi tərəfindən yeni tətbiq edilən xidmət haqları və bununla bağlı atılacaq addımlar olmuşdur.  Müzakirələr zamanı, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalında göstərilən xidmətlərə və tətbiq edilən xidmət haqlarına dair münasibət bildirilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT