“PCI DSS standartları” mövzusunda vebinar keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cyberwise” şirkəti tərəfindən 18 yanvar 2023-cü il tarixində “PCI DSS standartları” mövzusunda vebinar keçirilmişdir.

Qeyd edilən mövzuda “Cyberwise” şirkətinin nümayəndəsi Hüseyin Erkılıç təqdimatla çıxış edib. Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

MÜDDƏT