Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intellektual yarışmanın qalibləri məlum olub.

13 dekabr 2022-cu il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib. 12 bankdan 80-ə yaxın əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” komandası olub.

Belə ki, “Kapital Bank” komandası mümkün 36 sualdan 27-nə cavab verərək I yerə, “Bank Resbublika” komandası isə 25-ni cavablandıraraq II yerə layiq görülüb.

“ABB” və “Azəricard” komandaları mümkün 36 sualdan 24-nə cavab verərək sonda bərabərliyə qalıb. 3 mərhələdən ibarət çempionatda III yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə suallar verilib. Və nəticədə “ABB” komandası daha çox suala cavab verərək III yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən yarışmada “Kapital Bank” I, “Bank of Baku” II, “Yelo Bank” isə III yerdə qərarlaşıb.

Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.

Sıra Komanda Xal
I “Kapital Bank” 27
II “Bank Respublika” 25
III “ABB” 24

 

 

 

MÜDDƏT