ABA nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

1 mart 2023-ci il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

Görüş çərçivəsində Azərbaycan Kredit Bürosu (AKB) ilə banklar arasındakı məlumat mübadiləsi prosesinin daha da təkmilləşdirilməsi və gündəlikdə olan digər məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT