Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə İştirakçı Banklar Birliyi arasında görüş keçirilmişdir

Əlavə edilib:

3 mart 2023-cü il tarixində Türkiyə İştirakçı Banklar Birliyi (Türkiye Katılım Bankaları Birliği – TKBB) nümayəndələrinin Bakıya səfəri çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ilə görüş keçirilmişdir.

Görüş çərçivəsində iki ölkənin bankçılıq sektoruna dair vacib irəliləyişlər və ölkələr arasındakı İslam maliyyə sektorunun cari vəziyyəti və mümkün sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı Assosiasiyanın üzvüdür.

MÜDDƏT