Banks and Business Newspaper – BBN.az-ın Macarıstan “OTP Bank”ın tədqiqat üzrə rəhbəri ilə – MÜSAHİBƏSİ

1.Zəhmət olmasa, özünüzü təqdim edərdiniz?

Salam. Mən Amtmann Zeno Macarıstanın ən böyük banklarından biri olan “OTP Bank”ın (OTP Group-a daxildir) tədqiqat üzrə rəhbəriyəm.

2.Bankçılıq sektorunda fırıldaqçılıq – “fraud” nə deməkdir?

Bu, çox yaxşı sualdır. Yüksək perspektivli bank, ümumiyyətlə bankların bu nöqteyi-nəzərdən iki ən vacib hədəfi olmalıdır. Birinci növbədə müştəriləri və onların banklardakı hesablarını, vəsaitlərini qorumaq, ikinci növbədə isə bankçılıq məhsullarının fırıldaqçılıq məqsədləri üçün istifadəsinin qarşısını almaq olmalıdır. Bankın vəzifəsi isə belə fırıldaqçılıq hallarını, müştəriyə ziyan dəymədən öncədən müəyyənləşdirmək və onun qarşısını almaq olmalıdır.

3.Necə düşünürsünüz, innovasiya və təhlükəsizlik arasında balansı necə qorumaq olar? 

Düşünürəm ki, innovasiya və təhlükəsizlik əlaqəli şəkildə inkişaf etməlidir. Çünki bir tərəfdən innovasiyanın inkişafı bank müştərilərinin bir seqmenti və fərdlər üçün faydalıdır, başqa bir tərəfdən isə təhlükəsizlik də inkişaf etməli və müştəriləri fırıldaqçılıq da daxil olmaqla bir sıra kriminal hallardan qorumalıdır. Məsələn, əgər yaşlı müştərilər əhəmiyyətli şəkildə internet bankçılıq məhsullarından və onlayn fəaliyyətlərdə yüksək məbləğdə vəsait ödəmirlərsə, innovasiyanın inkişafı onlar üçün əlçatan deyil. Digər bir qrup müştərilər üçün isə bank təhlükəsizliyi inkişaf etdirməklə fırıldaqçılıq hallarının qarşısını almağa və müştəriləri fırıldaqçılıq hallarından qorumağa çalışmalıdır.

4.Hazırda özünüz də müsahibənin əvvəlində qeyd etdiniz ki, Macarıstanın ən böyük banklarının birində çalışırsınız. Maraqlıdır ki, OTP təhlükəsizlik məsələlərini necə idarə edir?

Hazırda bu qlobal bir prosesdir. Avropanın Müdafiə Agentliyi (EDA), həmçinin Macarıstanın tənzimləyicisi banklar qarşısında bəzi spesifik tələblər irəli sürüb. Məsələn, son olaraq tənziməyici bu sahə ilə bağlı olaraq yeni tələblərini hazırlayıb və Macarıstanın bütün bankları da bu yeni tələblər ilə tanış olmalı və onları iş prosesində tətbiq etməlidirlər. Burada 3 əsas tələblər isə xüsusi olaraq qeyd edilib və bu qaydalara əməl edilməldir. Banklar bu müddəlar ilə tanış olduqdan sonra, əmin olmalıdırlar ki, innovasiya və bank məhsulları uyğun qaydada istifadə edilir.

5.Bank müştərisi fırıldaqçılıq halları ilə bağlı nəyi bilməldir və belə halların qarşısını baş verməmişdən öncə necə almalıdır? Zəhmət olmasa, tövsiyə və həll yollarından danışardınız.  

Maraqlıdır ki, son illər ərzində innovasiya və rəqəmsallaşma çox sürətlə inkişaf edib. Bunu nəzərə alaraq, həm beynəlxalq, həm də Avropa səviyyəsində tənzimləyici orqanlar banklar qarşısında daha çox ciddi tələblər, müdafə həlləri, nəzarət mexanizmləri ilə çıxış edirlər. Ancaq kriminallar isə insanların, daha dəqiq müştərilərin zəif tərəfini tapmağı bacarırlar. Bəzən müştərilər fikirləşirlər ki, bank hesabı məlumatlarını paylaşmaqda heç bir ziyan yoxdur. Əslində isə müştərilər, həm onlayn, həm də oflaynda bank nümayəndəsi olduğunu deyən şəxslər ilə heç bir halda şəxsi kart hesabları üzrə məlumatlarını paylaşmamalıdırlar. Kriminallar üçün isə bu asan bir yoldur, çünki müştəridən sadəcə kart məlumatlarını istəyib və alıb.

6.Belə düşünürəm ki, dələduzluq, fırıldaqçılıq halları hər yerdə var. Məsələn, ABŞ, Avropada bir sıra bank müştəriləri minlələ dollar dəyərində vəsaitlərini itirdilər. Onlar yuxarıda qeyd etdiyinizdən əlavə, başqa nə kimi səhvlər edirlər?

Bankların qarşısında dayanan ən böyük çətinliklərdən biri odur ki, onlar müştəriləri elə özlərindən qorumalıdırlar. Çünki müştərilər lazım olan bütün məlumatları fırıldaqçılar ilə paylaşırlar.

7.Son olaraq AI haqqında nə düşünürsünüz? Bu bankçılıq sektorunda problemlər, yoxsa həllər gətirir? 

İstənilən innovasiya haqqında belə bir səhv fikir vardır. İlk növbədə AI bankçılıq sektoruna yeni alət və həllər gətirir. Məsələn, kriminal halları müəyyən etməkdə kömək olur, digər bir tərəfdən isə kriminallar müştərilər üçün “həqiqi” bir vizual yaradır və onlar isə inanır və məcbur edir ki, gördükləri həqiqətdir. Əslində isə belə deyil. Məqsəd isə müştərilərin pullarını ələ keçirməkdir.

                                                             Müsahibə üçün təşəkkürlər! 

MÜDDƏT