ABTM-in direktoru SİF-in “Danışır Sahibkar!” layihəsinin yeni buraxılışında çıxış edib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) “Danışır Sahibkar!” layihəsinin 08 aprel tarixli buraxılışının qonağı qismində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Baş iqtisadçısı, eyni zamanda Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Əzizağa Haxverdiyev də iştirak edib.

Veriliş çərçivəsində müzakirə edilən mövzu isə “MKOB-ların maliyyələşməsində bankarın rolu” olub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun “Danışır Sahibkar!” layihəsində ölkədəki sahibkarlıq mühiti, güzəştli maliyyə mexanizmləri və dövlətin sahibkarlar üçün yaratdığı digər imkanlarla bağlı müzakirələr aparılır. Həmçinin sahibkarlar öz uğur hekayələrini dinləyicilərlə bölüşür.

MÜDDƏT