Taleh Kazımov ABA Rəyasət Heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Əlavə edilib:

24 iyul 2024-cü il tarixində Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.

Görüş zamanı bank sektorunun cari vəziyyəti, qarşıda duran çağırışlar, eləcə də sektorun inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin bank sektorunun cari ilin ikinci rübü üzrə göstəriciləri, son makroiqtisadi meyillər və ümumilikdə gündəmdə olan digər mühüm məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT