Azərbaycan Banklar Assosiasiyası Türkdilli Dövlətlərin Banklar Assosiasiyası Şurasının növbəti iclasında iştirak etmişdir

Əlavə edilib:

22 avqust 2024-cü il tarixində Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının vitse-prezidenti Zakir Nuriyev, Türkiyə Banklar Birliyinin baş katibi Ekrem Keskin, Türkdilli Dövlətlərin Banklar Assosiasiyası Şurasının icraçı direktoru Əli Güngör, Azərbaycan Banklar Assosiasiyasının icraçı Direktoru Yunus Abdulov, eyni zamanda Qazaxıstan Maliyyəçilər Assosiasiyasının Müşahidə Şurasının sədri Elena Baxmutova və sədrin birinci müavini İrina Kuşnarevanın da iştirakı ilə onlayn görüş keçirilmişdir.

Görüşün əsas məqsədi Qazaxıstan Banklar Assosiasiyasiyasının Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasına üzvlüyü ilə bağlı məsələlərin müzakirəsi olmuşdur.

Görüş zamanı həmçinin ABA ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında iki tərəfli əməkdaşlq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

MÜDDƏT