COP29-da nəzarət şuralarının iqlim fəaliyyətindəki rolu mövzusunda tədbir təşkil edilmişdir

Əlavə edilib:

18 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Board Directors as Climate Stewards – Charting a Path to Adaptation” adlı tədbir keçirilmişdir.

Bankların aidiyyəti sahə üzrə rəhbər şəxslərinin də iştirak etdiyi tədbirdə nəzarət şuralarının iqlim fəaliyyətindəki rolu əhatə edilməklə yanaşı, maliyyə institutlarının və özəl sektor iştirakçılarının bu sahədəki təcrübələri müzakirə edilmişdir.

Panelistlər tərəfindən BMK-nın iqlim üzrə korporativ idarəetmə yanaşması, “ESG Accelerator” proqramı da daxil olmaqla, şura tərəfindən iqlim fəaliyyətinin gücləndirilməsi ilə bağlı əsas mesajlar paylaşılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT