ABA-nın nəzdində fəaliyyət göstərən Kredit işi və risk üzrə Ekspert Qrupu üçün işküzar səhər yeməyi təşkil edilmişdir. Görüşü giriş sözü ilə açan Qrupun sədri, Accessbank ASC-nin Mikro Kreditlər/Kredit Bek Ofisi üzrə İcraçı direktoru Tariyel İsmayılov Qrupun fəaliyyəti və görüləcək işlər barədə ümumi məlumat verdikdən sonra müzakirələr başlamışdır. Görüşdə iştirak edən Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev ümumi iqtisadi vəziyyət barədə danışmış və hazırda əsas diqqətdə saxlanılmalı olan risklər və onların qiymətləndirilməsi üzrə öz tövsiyyələri ilə bölüşmüşdür.

Digər xəbərlər
- Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ARB 24 kanalında yayımlanan “İş vaxtı” verilişində çıxış edib
- Zakir Nuriyev Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında iştirak edib
- Zakir Nuriyevin “Report” İnformasiya Agentliyinə eksklüziv müsahibəsi
