25 sentyabr 2025-ci il tarixində, ABA-nın nəzdində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun onlayn formatda görüşü təşkil olunub.
Görüş zamanı Ekspert Qrupunun gələcək fəaliyyət planı, maliyyə-vergi sahəsində görülməli işlər və digər cari məsələlər müzakirə olunub
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.
