“Böhran və Yüksəliş Dövründə Bankın Biznes Krediti üzrə Satış Strategiyası” mövzusunda təlim keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, eyni zamanda onların idarəetmə vərdişlərinə yiyələnməsinə xüsusi önəm verilir.

Bu istiqamətdə “Böhran və Yüksəliş Dövründə Bankın Biznes Krediti üzrə Satış Strategiyası” mövzusunda təlim 28 fevral – 1 mart 2026-cı il tarixlərində Shamakhi Palace Hotel-də keçirilmişdir. Təlimdə bankların kreditləşmə üzrə rəhbər şəxsləri və filial şəbəkələrinin rəhbərləri iştirak etmiş, interaktiv sessiyalar, qrup işləri və rol oyunları vasitəsilə praktik bilik və bacarıqlarını artırmışlar.

Təlim çərçivəsində iştirakçılar Türkiyə təcrübəsindən çıxarılan dərslər, faiz və valyuta dəyişikliklərinin şirkət strukturlarına təsiri, şirkət analizi və qiymətləndirmə, böhran dövründə müştəri seqmentasiyası və risk savadlılığı, satışda etimad və məlumatların idarə edilməsi, görüş prosesinin dizaynı, ssenari əsaslı maliyyə oyunları və strateji danışıqlar üzrə rol oyunlarında iştirak etmiş, həmçinin iki ölkənin təcrübəsindəki oxşar və fərqli yanaşmaları müzakirə edərək peşəkar bacarıqlarını daha da gücləndirmişlər.

ABFTC tərəfindən təşkil olunan bu təlim bank əməkdaşlarının inkişafına və biznes kreditlərinin satış strategiyalarının təkmilləşdirilməsinə mühüm töhfə vermişdir.

Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 250-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.

MÜDDƏT