3 aprel 2026-cı il tarixində “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun “Zoom proqramı” üzərindən növbəti onlayn iclası keçirilmişdir
İclasda kredit məhsullarına həyat və qeyri-həyat siğorta tətbiqi fonunda güzəşt təklifləri, qanunvericiliyə dəyişikliklərin edilməsi məqsədi ilə rəy və təklfilərin və digər cari məsələlərin müzakirəsi aprılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat Assosiasiyanın üzvüdür.
