12 noyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) həyata keçirdiyi PROGRESS proqramı çərçivəsində OECD nümayəndələri ilə Azərbaycanın bank sektorunun təmsilçiləri arasında onlayn görüş keçirilib.
Görüşdə iqlimə davamlı kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə potensialın gücləndirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma amillərinin layihələrin kreditləşdirilməsi zamanı qiymətləndirmə sistemlərinə və prosedurlarına inteqrasiyası, eləcə də beynəlxalq iqlim maliyyəsi mənbələrinə çıxışın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüş ABA, GIZ və OECD arasında PROGRESS proqramı çərçivəsində iqlimə davamlı kənd təsərrüfatının maliyyələşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi məqsədilə təşkil edilib.
