24 noyabr 2026-cı il tarixində Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyası (AFCA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib.
Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, AFCA-nın baş katibi Jianming Qi, Çin Banklar Assosiasiyasının baş katibinin müavini Jun Wang, Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə texnologiyalarının təhlili və inkişafı departamentinin rəhbəri Elnur Rzayev, eləcə də Çin, Macarıstan, Honq Konq və Azərbaycanın maliyyə sektorunun nümayəndələri iştirak ediblər.
Görüş zamanı süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində maliyyə sektorunun rolu, lokal ödəniş platformalarının və rəqəmsal ödəniş infrastrukturunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş maliyyə institutları arasında beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, rəqəmsal ödəniş həllərinin inkişafı və maliyyə sektorunda innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.



