Bank sektorunu tənzimləyəcək qaydalar müzakirə edilib

Əlavə edilib:

15 avqust 2017-ci il tarixində prudensial qaydaların müzakirəsinə dair Azərbaycan Banklar Assosiasiyası ( ABA) ilə banklar arasında görüş keçirilib.

Görüş zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları” və “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın son layihəsinə dair bankların rəy və təklifləri müzakirə edilib.

Qeyd edək ki, bankların rəy və təklifləri nəzərə alınıb, müəyyən dəyişikliklər aparıldıqdan sonra qaydaların Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanması planlaşdırılır.

MÜDDƏT